Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

16.5.13

Milli Marketinq Forumu...

Hər bir sahənin irəliləyişi, inkişafı həmin sahə ilə əlaqədar qurum və şəxslərin: ixtisas sahiblərinin, sahə akademisyenlərinin, praktik iş təcrübəsi olanların,  sahənin PROBLEMLƏRİ-ni görüb həlli istiqamətində   nəzəri və PRAKTİK bilgilərini dilə gətirərək, qarşılıqlı müzakirə və PAYLAŞMA-dan çox asılıdır. Dilə gətirilməyən problem, PROBLEM olaraq qalır, dilə gətirilirsə PRAKTİK həlli yolları düşünülür və bu həll yolları ilə əlaqədar  bilgi və informasiyaları PAYLAŞMAQ isə həmin bilgi və informasiyaların  istifadə  arenasını genişləndirir... Bu isə əlaqədar sahədə yer alan bütün iştirakçıların inkişafına xidmət edir.

Marketinqə könül verənlərin təşkilatçılığı, dəstəyi, əzmi və çalışqanlığı nəticəsində çox yaxında keçiriləcək İlk MİLLİ MARKETİNQ FORUMU fikrimcə məhz buna xidmət edir...
Əslində yuxarıda qeyd etdiklərim hər hansı sahə ilə əlaqədar assosiasiyaların, birliklərin, qurum və quruluşların fəaliyyəti çərçivəsini əhatə edir və etməlidir. Ancaq bu tədbirdə sadaladıqlarımdan çox məhz bu işə könül verənlərin fəaliyyəti ön plandadır... Ona görə də bu fəaliyyəti və əzmkarlığı alqışlayır, əməyi keçənlərə təşəkkürlərimi bildirirəm.


Forumun mövzuları müxtəlifdir. İnanıram ki forumun bütün iştirakçıları (spiker və dinləyicilər) olaraq "3 P-PROBLEM, PRAKTİKA VƏ PAYLAŞMAQ"-dan öz gələcək inkişaf xəttimiz üçün nə isə götürəcəyik...

Bütün marketinq peşəkar və həvəskarlarını ilk Milli Marketinq Forumunda görmək ümidiylə hamıya UĞURLAR...!!!

1 comment:

Unknown said...

Teshekkurler Cebrayil muellim, Sizin cishinizi da maraqla gozleyirik.