Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

7.5.13

Ölkədə elmin inkişafı haqqında görüşlər...

Bir əvvəlki bloq yazımda elmi jurnalistika haqqında yazmışdım. Bu sahənin ölkəmizdə hansı səviyyədə olduğu haqqında fikirlərimi paylaşmışdım. Ümumiyyətlə akademik sahənin içində olduğum üçün bu sahədəki problemlər və çıxış yolları məni həmişə düşündürür. Elmi jurnalistika haqqında fikirlərim də bundan qaynaqlanmışdır. Ancaq daha sonra düşündüm ki bu elmin inkişafı üçün eşitdiyim, oxudğum və gördüklərimdən bu sahə haqqında mütəmadi yazılarla çıxış edim. Elə buna görə də bu yazıda da ümumi olaraq elmin inkişafı ilə əlaqədar "eşitdiklərim, oxuduqlarım, gördüklərim" silsiləsindən bəzi fikirlərimi paylaşmaq istədim.
Bütün cəmiyyətlərdə inkişafın dayaq nöqtələrindən biri və ən önəmlisi elmin inkişafıdır. Buna görə də demək oalr ki bütün ölkələrdə bu sahədə fəaliyyətlər aparılması təbii haldır. Elmin inkişafı, bu sahəyə verilən əhəmiyyədən çox asılıdır. Bunu həyata keçirmək üçün Elm sahəsindəki fəaliyyətlərə, yeniliklərə təşviqlərin verilməsi, fəaliyyətlərin dəstəklənməsi vacibdir.  Bizdə də məhz bunu əsas alaraq 2009-cu ildə Prezidentin yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Artıq 3 ildən çoxdur belə bir qurum yaradılmış və  fəaliyyətdədir.  Ancaq fondun internet resursuna girib araşdırdığım zaman təəssüf ki çox önəmli hesab etdiyim bölmələr işləmir və ya bu bölmələrdə heç bir məlumat yoxdur. Söhbət ELM və İNKİŞAF bölməsindən gedir. Bu bölmənin alt başlıqları altında olan fikrimcə önəmli bölmələr təəssüf ki informasiyasızdır.
Nə isə, bu kiçik?! nüansı qeyd etdikdən sonra, təhsil aldığım Türkiyə ilə bizim bu sahədəki bəzi fəaliyyətlərimizi qarşılaşdırmaq istədim.
1. Türkiyədə TÜBİTAK- Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu fəaliyyət göstərir və sözün əsl mənasında aşağıdakı fəaliyyətləri göstərir:  
"Toplumumuzun yaşam kalitesinin artmasına ve ülkemizin sürdürülebilir gelişmesine hizmet eden, bilim ve teknoloji alanlarında yenilikçi, yönlendirici, katılımcı ve paylaşımcı bir kurum olma vizyonunu benimseyen TÜBİTAK, akademik ve endüstriyel araştırma geliştirme çalışmalarını ve yenilikleri desteklemek, ulusal öncelikler doğrultusunda Araştırma-Teknoloji-Geliştirme çalışması yürüten Ar-Ge enstitülerini işletme işlevlerinin yanı sıra, ülkemizin Bilim ve Teknoloji politikalarını belirlemekte ve toplumun her kesiminde bu farkındalığı artırmak üzere kitaplar ve dergiler yayınlamaktadır. Bilim insanlarının yurt içi ve yurt dışı akademik faaliyetleri burs ve ödüller ile desteklenmekte, özendirilmekte, üniversitelerimizin, kamu kurumlarımızın ve sanayimizin projeleri fonlanarak, ülkemizin rekabet gücünün artırılması hedeflenmektedir."
Belə bir qurumu və fəaliyyətlərini ölkəmizdə hansı qurum həyata keçirir və nə səviyyədə?
2. TÜBİTAK-ın nəşri olan "BİLİM VƏ TEKNİK" dərgisini əvəz edən bir dərgimiz varmı? "ELM VƏ HƏYAT" dərgimiz var. Qeyd edim ki orta məktəbdə oxuduğum zaman bu dərgiyə abunə idim və hər ay alırdım, maraqla oxuyurdum (yaşıma və təsilimə uyğun olmasa da). Etiraf edim ki, maraqlı yazılar olurdu. "Elm və Həyat" indi rüblük çıxır üç aydan bir. belə bir dərgi ən az ayda bir dəfə çıxmalıdır, necə ki "Bilim və Teknik" dərgisi ayda bir dəfə yayınlanır. Bununla bərabər uşaqlar üçün yayın olan "Bilim ve Çocuk" da yayınlanmaqdadır. Bizdə uşaqlar üçün bu istiqamətdə maraqlı hansı dərgi var?
3. TÜBİTAK-a bağlı ULAKBİM-Ulusal Akademik Ağ və Bilgi Merkezi fəaliyyət göstərir. "1996 yılında TÜBİTAK'a bağlı bir enstitü olarak kurulan Ulusal Akademik Ağ ve Bilgi Merkezi (ULAKBİM); ülkemizdeki tüm akademik kurumları birbirine ve küresel araştırma ağlarına bağlayan Ulusal Akademik Ağ alt yapısını işletmekte ve bu ağ üzerinden yeni ağ servisleri sunarak, bir yandan ağ için araştırma geliştirme yapmakta, diğer yandan araştırmacıların ağı Ar-Ge yapmak için kullanmalarını sağlamaktadır. Ayrıca, ülkemizdeki en zengin bilimsel basılı ve elektronik bilgi kaynaklarına sahip olan Cahit Arf Bilgi Merkezi aracılığı ile ülke çapında yaygın bilgi ve belge erişim hizmetleri
sunmaktadır."
Bizdə bu cür fəaliyyət göstərən yəni ölkədəki bütün akademik qurumlarını vahid Akademik Şəbəkədə birləşdirən və bütün yayınların yer aldığı bir resurs varmı? Bəzi resurslar var ancaq tam əhatəli deyillər.
4. Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlığımız təkçə siyasi-iqtisadi sahədən ibarət olmamalıdır. Elmin və texnologiyanın inkişafı, yeniliklərin biznes sahəsində tətbiqi layihələırini dəstəkləyən, şirkətlərə və akademik mühitə bu istiqamətdə  olan EUREKA deyə qurum fəaliyyət göstərir. Keçmiş pribaltika ölkələri, Rusya, Ukrayna, Türkiyə bu qurumun üzvləridir. Ölkəmiz niyə üzv deyil və ya üzv olmaq üçün fəaliyyətlər aparılırmı?
Hər bir sahənin inkişafı sistemli və mütərəqqi fəaliyyətlərdən asılıdır. Elm, akademik sahə isə bunu daha çox tələb edir.
Bu sahədə müxtəlif fikirlərimizi: eşitdiklərimizi, oxuduqlarımızı, gördüklərimizi paylaşmaq ümidiylə sağ olun...

Mövzu ilə əlaqədar digər yazılar:
Elmin inkişafı araşdırmaçı ruhlu gəncləri tələb edir.
Elmi jurnalistikamız nə yerdədir...?

No comments: