Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

29.11.13

Bizim də "Chobani"miz və "Live your brand"-imiz olarmı?

Çox uzaqlarda olmasına baxmayaraq haqqında yazılanlar və müştəri kontakt nöqtələrindən sayılan internet səhifəsi, səhifədə yer verilən sloganlar, brend adına uyğun sadəlik,  və təbii ki daha bir Türkiyə kökənli təşəbbüskarın uğuru məndə illah da bu brendin müştərisi olmaq arzusunu yaratmışdır.
Amerikada entrepreneur.com -un həyata keçirdiyi maraqlı "Live your brand" layihəsi vardır. Bu layihə çərçivəsində uğur qazanmış Start-up-lardan tutmuş müxtəlif şirkətlər incələnməkdə və uğurlarının səbəbləri öyrənilməkdədir.

Bu brend və şirkətlərdən biri də 2005-ci ildə Hamdi Ulukaya  tərəfindən qurulan və artıq 2012 də 1200 nəfər işçisi ilə Amerika yougurt bazarında ilk sırada yerini tutan "Chobani" brendi və eyni adlı şirkətdir. Məhz 2013 Ernst&Young tərəfindən keçirilən "World Entrepreneur Winner Award"a da sahib olan Hamdi Ulukaya artıq Forbes-də milyarderlər siyahısında da yerini tapmışdır. 1994-də təhsil üçün Amerikaya gedən və Bill Gates, Stive Jobs milyarderlər kimi  təhsilini yarım qoyub  idxal yougurt satışına başlayan, sonra da zibil qutusu üçün atacağı kağızda "Kraft"ın satışa çıxartdığı fabrik elanını görüb bunu satın alaraq dəyərləndirib 1 nömrəli Amerika yougurt brendi "Chobani" yaratmaq əsil təşəbbüskarlıq nümunəsidir...
Mənə "Chobani" brendində xoş gələn elementlər hər tərəfli sadəlik,  brendin dəyərlərinin sadə ifadəsi və bu dəyərlərin bazarda ifasıdır... "Live your brand" layihəsi "brand tour"-larla və istehlakçı mövqeləri ilə məhz bu nüansları ortaya çıxarır və paylaşır.


Bizdə də həm "Chobani" kimi brendlərə, həm də "Live your brand" kimi layihələrə ehtiyac olduğunu düşünürəm və bunun müəyyən müsbət "externality" ilə brendlərin və müştəri dəyərlərinin inkişafında, brend-müştəri yaxınlığının yaranmasına təsir göstərəcəyi fikrindəyəm.










No comments: