Hər birimizə hər gün demək olar ki, heç istəmədiyimiz
halda 4 rəqəmli SMS servislərindən və eyni xüsusiyyətli digər servislərdən gələn
məsajlar olur. Bu təbii ki sürətli müştəri əlaqələri baxımından gərəklidir.
Ancaq əgər əlaqə deyiriksə, ünsiyyət deyiriksə bunun əsas xüsusiyyəti
qarşılıqlı olmasıdır. Gələn SMS xidmətlərini iki hissəyə ayırmaq mümkündür.
Biri alıcının hər hansı bir şəkildə qarşı tərəflə istəyərək (hər hansı bir
zamanda müştərisi olmuş və ya anketini
doldurmuş və s.) qurulan əlaqədən sonra gələn SMS qrubu, digəri isə heç bir şəkildə
müxtəlif servis sağlayıcıların vasitəsiylə heç bir istək, tələb, əlaqə olmadan
alınan SMS qrubu.
Birinci qrubu yenə müəəyən ölçüdə başa düşmək,
qəbul etmək mümkündür. İkinci qrub isə inanıram ki çox alıcılarını bu və ya digər
şəkildə rahatsız edən SMS-lərdir. Texnologiyanın inkişafın və bunun həyatımıza
girməsini və dəyişimi sözsüz ki dəstəkləyənlərdənəm. Ancaq şirkətlərin bu xidmətdən
istifadəsini düzgün hesab etmirəm. Marketinq camiasında olsam da bunu elə sırf
buna görə yazmaq qərarına gəldim.
Müştəri fikrinə önəm verən, müştəriyə dəyər
verən şirkətlər CRM-lərini adının da tələb etdiyi kimi ikitərəfli, qarşılıqlı,
real feedback-ini də təmin edərək həyata keçirməlidirlər. Bu xidməti təmin edən
texnologiya digər xidməti də təmin etməli və şirkətlər göndərdiyi 4 rəqəmli və
ya bu xüsusiyyətli SMS-lərə cavab almaq imkanı tanımalıdır məsajı alanlara!
Bunu yazmağıma əslində səbəb dünən mənə
SAZZ-dan gələn bir məsaj oldu.
SAZZ-dan gələn məsaj: “Əziz abunəçi! Köhnə
internet logininiz 300 mb trafiklə 10 gün internetə pulsuz olacaq.
Sınayın! Modemi sazlamaq, ümumi məlumat
üçün Tel:191 Sazz4G.”
Mən isə cavab yazmaq istədim o an: “SAZZ
olaraq siz mənə olmazın əziyyət vermisiniz. Yaxşı ki modem sındı və sizdən
qurtuldum.” Və bunu o SMS-yə birbaşa elə
SMS-yoluyla cavab vermək istədim. Bəli yuxarıda telefonları göstərilib. Ama ora
zəng uzun uzadi danishmaq həvəsində olmaz hər kəs...
Məhz buna görə bu cür xidmətləri təmin edən
servislərin və bu cür informasiya göndərən şirkətlərin göndərdikləri sms
alıcılarına məhz eyni vasitəylə cavab
imkanı tanımalarını doğru qəbul edirəm. Bu zaman istifadə etdikləri CRM aləti
adını doğruldar!
No comments:
Post a Comment