Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

27.12.12

Hoshin Kanri-dən stratejik idarəetməyə...

Bir neçə ay bundan əvvəl "Yapon idaerəetmə mədəniyyəti və idarəetmə prinsipləri" adlı yazımda Yaponların idarəetmə mədəniyyəti haqqında bəzi nüanslara toxunmuş və digər idarəetmə mədəniyyətlərindən fərqli tərəflərini göstərmişdim. Elə eyni məqalədə yaponların idarəetmə sahəsinə gətirdikləri bir sıra yeniliklərdən bəhs etmişdim. Bu yazıda idarəetmə həyatında olduqca önəmli olan və yenə Yaponiyada meydana çıxan Hoshin Kanri modelini qeyd etməyi unutmuşdum. Elə bu əksiklikdən istifadə edib bu idarəetmə prinsipi ilə əlaqədar bu yazıda təbii ki vaxtilə oxuduqlarımı sizlərlə paylaşacağam.


"Hoshin Kanri" prinsipi 2-ci Dünya müharibəsindən sonra Yaponiyanın Amerika və Avropa məhsullarının təzyiqindən qorunmaq və krizdən çıxış üçün istifadə irəli sürdükləri idarəetmə prinsiplərindən biridir. 
"Hoshin" kəlməsi, "ho"- metod, üsul, yön, istiqamət və "shin"-maqnit, parlaq iynə kimi mənaları birləşdirilərək istiqamət təyin edici-kompass mənasını verir. İdarəetmə sahəsində isə bu siyasət, bəzən isə hətta vizyon və misyon yerinə də istifadə olunur."Kanri" kəliməsi isə "kan"- kontrol və "ri"-səbəb, məntiq mənasına gələn kəlmələrdən ibarət olub mənası idarəetmə və ya kontrol, hətta planlama mənasını da daşıyır.

Hoshin Kanri bir qurumun günlük fəaliyyətlərini stratejik hədəflərlə uyumlu hala gətirmək istiqamətində  tədbiq etdiyi sistematik bir idarəetmə metodudur. Bu metod Deming döngüsündən (Plan, Do, Chek, Act) yola çıxaraq irəli sürülmüş ancaq əsas olaraq əvvəlcədən tədbir görmədən və kontroldan başlayıb planlama və tədbiqlə nəhayətlənir. 

Avropada bu anlayış "policy deployment" və ya "management  by policy" olaraq  politikalarla idarəetmə kimi daha çox qəbul görür. Bu metodu yapon planlama mütəxəssisi Yoji Akao irəli sürmüşdür. Yaponiyada Deming mükafatını qazanan firmaların çoxu məhz bu metoda görə bu mükafatı qazanmışlar. 

Hoshin-Kanri metodunu tədbiq edən böyük şirkətlər isə bunlardır: Procter&Gamble və Hewlett-Packard (Hoshin planlama), Unilever (Tədbiqə yönəlik idarəetmə), Xreox (Nəticələr üçün idarəetmə), Exxon Kimya (Hədəflərin açılımı) və s. 

Hoshin-Konri metodu idarəetmə sahəsində stratejik planlama və stratejik idarəetmənin əsası kimi də qəbul görülür. Elə məqsədim də stratejik idarəetməni daha düzgün mənimsəmək üçün bu anlayışın yaranmasına səbəb olan və bu anlayışla bağlı olan digər prinsip və metodları öyrənmənin doğru oalcağını söyləməkdir. Çünki belə olarsa stratejik idarəermənin önəmi daha düzgün olaraq qəbul ediləcəkdir. 

Hoshin-Kanri metodunun əsas məqsədi günlük fəaliyyətlərin stratejik hədəflərə uyumlu-həmahəng olaraq görülməsi olmaqla bərabər aşağıda sıralanan məqsədləri də əhatə edir:

 - Bütün planlama fəaliyyətlərinin  şirkət vizyonuna fokuslanması
- Hədəflərin şirkətin mövcud qabiliyyətləri və fürsətləri nəzərə alınaraq qəbul edilməsi
- Fəaliyyətləri həyata keçirənlərin də planlama prosesində iştirakını təmin etmək
-  Bölümlərin və fərdlərin fəaliyyətlərini müəyyən bir mərkəzdə toplmaqla onları vizyon və hədəflərə bağlı olaraq fəaliyyətə istiqamətləndirmək
-Daim təkmilləşdirmə və inkişaf halqası yaradaraq elastik planlaşdırma sistemi qurmaq
-Şirkət üçün vahid kommunikasiya sistemini yaratmaq 
-Korporativ daimi öyrənməni dəstəkləmək.

Ümumiyyətlə Yapon idarəetmə metodları əslində yaponlar tərəfindən irəli sürülsə də bundan ən yaxşı istifadə edən təkcə yapon şirkətləri olmayıb, Avroma və Amerika mənşəli dünya şirkətləri olmuşdur. Bu isə bu cür sistemlərin harda yaranmasının heç də önəmli olmadığını, əsas bu sistemlərin tədbiqinə verilən önəmin, istək və sistemli fəaliyyətin uğur qazanamq üçün daha vacib olduğunu göstərir .

Mövzu ilə əlaqədar digər yazılar:
Yapon idarəetmə mədəniyyəti və idarəetmə prinsiləri

No comments: