Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

11.12.12

Gələcəyin şirkətlərində yeni vəzifələr...-2

Gələcəyin şirkətlərində yeni vəzifələr...-1 yazımın davamı...
Yuxarıdakı yazımda gələcəkdə şirkətlərdə hansı yeni vəzifələr olacağı barədə Dünya Futoroloqları Cəmiyyətinin (WFS)-nin gələcək yönlü təxminlərini yazmağa başlamış və uzun olmasın deyə tamamlamamışdım. İndi bəhs etmədiyim vəzifələrin nələr olduğunu da qısa şəkildə Sizə-dəyərli oxucularıma çatdırmaq istəyirəm.

Retirement Consultant -Təqaüdlər üzrə məsləhətçi: Xüsusilə Avropa və Amerika cəmiyyətlərinin yaşlanması səbəbiylə ortaya çıxan problemlərin həlli istiqamətində təqaüdçülərə fərdi təqaüd fondunun idarə edilməsi, təqaüdə çıxmadan əvvəl görülməsi vacib tədbirlərlə əlaqədar istiqamətləndirəcək məsləhətçilərə ehtiyacın yarandığı hiss olunur. Özəl şirkətlərin belə bu cür məsləhətçiləri yaşlı kadrlarına kömək məqsədilə öz strukturlarına əlavə edəcəkləri ön görülür. Bundan əlavə gələcəkdə  müəyyən uzun iş dörünə sahib işçilərin  təqaüd fondu kimi bir fondun birbaşa məhz şirkətlərin bünyəsində də ortaya çıxa biləcəyi təxmin edilir.

Automative Repair Technician- Avtomil təmiri texniki: Avtomobillərin idarə olunması və digər vasitələr üçün getdikcə artacaq software proqramları məhz bu sahədə avtomobil tımiri texniki anlayışına da yenilik gətirəcək. Və gələcəyin avtomobil təmiri texnikləri daha çox proqramçı, diaqnostik, avtomobildəki proqramları necə idarə etməsini avtomobil sahiblərinə izah edən məsləhətçi xarakterində olacaqlar.

Eco-Relations Manager-Eko-Əlaqələr üzrə menecer: Ətraf mühitin təmizliyi və mühafizəsi, yenilənəbilən enerjinin istifadəsi və ümumiyyətlə davamlı inkişafın bu istiqamətdə tələb etdiyi fəaliyyətlər şirkətlərdə bu vəzifəyə ehtiyac yaradacaqdır. Bu vəzifənin əsas işi bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq və lokal qurumlarla əlaqələr yaratmaq, şirkətin fəaliyyətlərində tələb olunan istiqamətdə işlərin aparılmasını koordinasiya etmək olacaqdır.

Vise President of Experiences- Təcrübələr üzrə Vise Prezident: Şirkətin həyat xətti boyunca əldə etdiyi təcürbələrdən məqsədyönlü şəkildə xarici və daxili müştərilər üçün istifadə etməsini koordinasiya edən şəxs.

Corporate Alumni Director: Şirkətdən ayrılmış işçilərlə münasibətləri idarə edən şəxs. Şirkətlərin müəyyən yüngül səbəblərlə şirkətdən ayrılmış köhnə əməkdaşları ilə daim əlaqə yaradan və şirkət haqqında daim informasiya ötürən və əməkdaşlar haqqında informasiya alan, onların uğurlarını dəstəkləyən fəaliyyətləri idarə edəcək və şirkətə lazım olduğu təqdirdə təkrar bu insanları cəlb edəcək şəxs.

Bu yuxarıda açıqladığım yeni vəzifələrdən başqa meydana çıxması təxmin edilən digər vəzifələr də bunlardır:

-Manager of Faith-Based Relations and İnitiatives(Müxtəlif inanclara bağlı xarici və daxili müştərilərlə iş)
- Sağlıq üzrə Menecer (Şirkətdə işçilərə müxtəlif xəstəliklərlə əlaqədar məlumatları çatdıran və sağlıqlarını qorumaları üçün iş aparan mütəxəssis)
- İşgücünün inkişafı və Davamlı öyrənmə üzrə menecer
- Personalized Entartainment Programmer 

Göründüyü kimi gələcəkdə yaranacaq yeni vəzifələrin əksəriyyəti işçi-insan istiqamətli vəzifələrdir. Yəni işçilərə veriləcək dəyərlərin daha da artması gözlənilir. Əslində bu vəzifələrdən bəlkə də çoxu böyük ehtimalla bəzi qlobal şirkətlərdə mövcuddur. Bizim şirkətlər də bu vəzifələr barədə düşünsə yaxşı olar deyək və arzulayaq...

Hər kəsə xoş gələcək arzusuyla...

Mövzu ilə əlaqədar digər yazılar:

No comments: