Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

14.8.12

Marketlərdə rəqəmsal marketinq və faydaları

Yazıya nikbin düşüncələrlə başlamaq istəyirəm. Belə ki ticarətin ən aktif və hərəkətli sahəsi olan pərakəndəciliyin ölkədə genişləndiyini görürük. Buna ilbəil açılan yeni market və marketlər şəbəkəsi əyani sübutdur.  Bu sahənin inkişafı və böyüməsi ümumilikdə xidmət sahəsinin inkişafına önəmli dəyər qatacaqdır. Rəqabət artaraq məhsul və xidmət keyfiyyətini stimullaşdıracaqdır. İstehlakçılar da öz növbəsində fərqləndirmə qabiliyyətlərini artıracaqlar və bilgili və tələbkar istehlakçılara çevriləcəkdir.
Ancaq market sayılarının artması və rəqabət üçün isadəcə keyfiyyət və marketlərdə göstərilən müştəri ilə şifahi ünsiyyət pərakəndəcilikdə kifayət deyildir. Marketlər artıq müxtəlif rəqabətcil və inovativ metodlardan istifadə etməlidirlər. Marketlər bu istiqamətdə rəqəmsal marketinqi tədbiq etməlidirlər və bunun faydalarından istifadə etməlidirlər. Rəqəmsal marketinq sadəcə internetlə çərçivəli deyildir.
İstehsalçı və ya topdançı distribyutorlar da marketlərdə öz məhsullarını elektron, digital vasitələrlə tanıda bilərlər, istehlakçıları məlumatlandıra bilərlər və bu yolla istehlakçıları təsirləndirərək digər istehsalçı və ya topdançılardan fərqlənərək  rəqabət üstünlüyü qazana bilərlər.


Marketlərdə istehlakçı davranışları ilə əlaqədar müxtəlif ölkələrdə çox sayda araşdırmaların uzun zamandır təqribən eyni çıxan nəticələri bunlardır.
1. Market alış-verişlərini edən kütlənin 70%-ə yaxını qadınlardır.
2. Ortalama alış-veriş sürəsi 25-30 dəq arasıdır.
3. Alışların  70%-ə yaxını plansız alışlardır.
4. Alışların 30%-ə yaxını məhsulların sərgilənməsi təsiriylə baş verir.
5. İstehlakçıların marketə ilk 6-7 addımlarını heç bir malla maraqlanmadan atırlar...
Bu və digər araşdırma nəticələrindən yola çıxaarq artıq bəzi ölkələrdə istehlakşı davranışlarına təsir etmək və lehinə dəyişdirmək məqsədiylə digital marketinq vasitələrindən istifadəyə əl atmışlar.
Rəqəmsal (digital) marketinqin marketlərdə istifadə nöqtələrinə gəlməmişdən əvvəl mütləq qeyd etmək lazımdır ki, bu həm marketlərdə CRM-in tədbiqi, həm də reklam vasitələrinin çeşidləndirilməsi və reklamın təsirinin artırılması üçün vacibdir. Müştəri elektron kartları (bonus və endirim kartları) CRM üçün bir vasitə, məhsul bazası və informativ bilgilərlə dolu e-kartlar isə sırf istehlakçı seçim və qərarlarına təsir edən, kömək göstərən rəqəmsal vasitələrdir. Bəzi inovativ  rəqəmsal vasitələrdən  mağazaya gəlmədən evdə, yolda, işdə kağız siyahı yerinə bu elektron vasitələrdə qeyd edir, mağaza içində onu qurğularda oxudur, bu malların olub olmadığını, qiymətlərini hesablaya bilirlər. Bəzi qurğular isə hətta alacağı  malla bərabər istifadə ediləcək əlavə malları xatırladır, hansı mallarda endirim və qazanacaq xalları xatırladır.


Ümumiyyətlə isə burada məqsəd  alış səbətini (çekini) artırmaq məqsədilə müxtəlif maraqlı və əyləncəli təkliflər və metodlardan istifadə edilməsidir. Bu vasitələrdən biri də alış-veriş arabasına elektron alətlərin qoyulmasıdır. İstehlakçı əvvəlcədən girdiyi siyahı ilə alış-verişini aparmaqda və arabaya atdığı hər məhsulu qeyd etməklə həm alacaqlarını unutmamaqda və həm də ödəyəcəyi məbləği görə bilər.

Eyni zamanda yuxarıda da göstərildiyi kimi alış qərarlarının əksəriyyəti satış nöqtələrində verildiyi üçün istehlakçıları TV reklamı ilə deyil, ele satış nöqtəsində təsirləndirmək daha önəm qazanmışdır. Ancaq marketlerdə istifadə edilən reklam rolikləri TV-də olduğu kimi uzun deyil, daha qısa 10-15 saniyəni keçməməsi məsləhət görülür. Burada müxtəlif araşdırmaların nəticəsini də qeyd etmək lazımdır ki, mağazada bu cür yayınların izləyənlərin brend xatırlaması 65-70%, evdə TV-də izləyənlərin xatırlama faizi isə 25-30%təşkil edir.

Və ən nəhayət alış-verişin sonunda kassadan keçərkən indiki kimi kassaya daxil edilən məhsullar sadəcə kassa operatorları tərəfindən görülməkdənsə, aşağıdakı şəkildəki kimi müştəırilər tərəfindən də görülməsi daha effektivdir, eyni zamanda müştərilər əgər tədbiq olunursa topladığı xalları, endirimləri və s. də görmüş olurlar. Bu da müştəri loyallığının yaradılmasında effektiv vasitələrdən biridir.
Yəqin ki çoxlarınızın  tanış olduğu "QR code" (Quick Respons) barkod oxuma sisteminin mağazalarda istifadə edilməsini də bu rəqəmsal marketinq vasitələrindın biri kimi qeyd etmək olar. Ancaq bunun üçün bizdə bütün məhsulların istehsalçısı bilinməli, istehsalçı səhifəsi movcud olmalı və informasiyalar alıcılara açıq olmalıdır.


Pərakəndə sektoru və mağaza işi çox maraqlı bir sahədir. Ancaq mağaza işini  daha da maraqlı hala gətirmək üçün daim yeniliklərdən istifadə edilməli, müştərini bu yeniliklərlə heyrətləndirməyi bacarmaq lazımdır. Rəqəmsal marketinqdən istifadə edərək AĞILLI MAĞAZA-yaratmaqla bunu sürətləndirmək mümkündür.

3 comments:

Unknown said...

Movzu kifayet qeder maraqlidir. Ancaq bizim reqemsal marketinge kechmeyimize fikrimce hele chox var. Dushunurem ki, marketlerde saticiliq, sergileme seviyyesi hele kifayet derecede inkishaf etmeyib.

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Narmin xanim, beli dediyiniz dogrudur... Marketlerde satıcılıq, sərgiləmə səviyyəsi aşağıdır hələki. Biznes planlarıma uyğun gəlməsə də :)) rəqəmsal marketinq və ağıllı mağaza ilə satıcıların bör növ aradan qaldırılması və ya azaldılmasına gedilə bilər. Onların yerini isə bu ağıllı alətlər ala bilər.

Hasan Hasanov said...

Cəbrayıl müəllim,
1. Bu təkliflərin rəgəmləşməsini görmək istərdim və ehtiyac olacaq investisiyasının ve geri qayıtma müddətini. İnanmıram ki bizim bazar, həcmlər və rəgmlər bu növ innovasiyaya hazır olsunlar.
2. Loyallığı artırmaq üçün daha uygun vasitələrdən və innovasiyalardan istifadə etmək olar. Davranış iqtisadiyyatı və sairə kimi elmləri əsas götürərək.