Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

28.8.12

Uğurlu Satış Menecerlərinin xüsusiyyətləri

      Keçən yazıda uğursuz satış mencerlərinin xüsusiyyətləri haqqında yazmışdım. Uğurlu satış menecerləri, o yazıda sadaladığım uğursuzluq addımlarını atmamaqla birgə, aşağıda sadaladıqlarımı satış prosesi zamanı həyata keçirən satış adamlarıdır.
      Beləliklə uğurlu satış menecerləri:

-          Çox yaxşı dinləyicidir.
-          Hər hansı bir alıcıya satmır. Düzgün adama, düzgün zamanda, düzgün məhsulu təklif edir.
-          Plansız satış etmir. Bütün satışları hədəf və planlar istiqamətində həyata keçirir.
-          Dialoq qurur. Düzgün münasibət və düzgün suallarla işə başlayır.
-          Məhsulu təqdim etmədən öncə müştəri ehtiyacını araşdırır və üzə çıxarır.
-          Məhsulun ancaq müştərinin ehtiyaclarına uyğun xüsusiyyət, üstünlük və faydalarını ön plana çıxarır.
-          Müştəri etirazını öz şəxsiyyətinə qarşı hücum kimi qəbul etmir. Etirazın əsl sabəbini araşdırır.
-     Uğurlu və yaxşı satış menecerinin məqsədi satmaq deyil, müştərinin almasına kömək etmək və qarşılıqlı qazanc şəraiti yaratmaqdır.
-          Müştərinin satın alma siqnallarını müəyyənləşdirdiyi vaxt satışı gecikdirmədən uyğun tərzdə yekunlaşdırır.
-          Satış sonrası dəyərləndirmənin növbəti satış ziyarətinin başlanğıcı olduğunu bilir.
   Satışda və həyatda uğur qazanmağınız diləyi ilə...

No comments: