Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

27.8.12

Uğursuz Satış Menecerlərinin xüsusiyyətləri


Hər bir işin öz uğur amilləri vardır! Satışda, xüsusilə Satış menecerləri üçün uğur amilləri aşağıda sıralanan əksikliklərin aradan qaldırılması ilə qazanıla bilər! Uğursuz satış menecerinin xüsusiyyətləri bunlardır:

- Uzun və qısa müddət üçün zamanını planlaşdırma bacarığının olmaması
- Müşahidə, analiz və satışı nəticələndirmə bacarığının olmaması
- Çalışma və bir işi nəticələndirmə bacarığının olmaması
- Özünü dəyərləndirmə və inkişaf etdirmə istək və bacarığının olmaması
- Özünə inanmamaq və buna görə cəsarətini asanlıqla itirməsi
- Kreativ həll yollarını axtarmaq istək və bacarığının olmaması
- Etiraz və bəhanələri dəf etmək üçün texniki bilgilərinin azlığı
- Məhsul və layihəni effektli təqdim etmə bacarığının aşağı səviyyədə olması
- Uğur əldə edə biləcəyinə inanmamaq
- Müştəri ilə əlaqələri inkişaf etdirmək bacarığının olmaması
- Satanda “Mən satdım”, sata bilmədiyində “Müştəri almadı, istəmədi” fikrinin hakim olması
- İnandıraraq deyil, mübahisə edərək satış edə biləcəyinə inanmaq
- Heç etiraz etməyən alıcıya “Mütləq satacağam” düşüncəsinin olması
- Satış görüşməsini planlaşdırdığı şəkildə həyata keçirməmək və ya təşəbbüsü alıcıya buraxmaq.
- Ortaya çıxan problemlərin aradan qaldırılması üçün alıcının istəklərini nəzərə alaraq praktik həll yolları göstərməmək.

Qeyd: növbəti yazı Uğurlu satış menecerinin xüsusuiyyətləri haqqında olacaq...
Hər işinizdə uğur qazanmağınız diləyi ilə...

No comments: