Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

31.8.12

Müştəri ziyarəti və Satışda Rut sistemi

Satış (inkişaf) menecerlərinin  öz vəzifələrini həyata keçirmək və satış məqsədlərinə çatmaları üçün müştəri ziyarətinin əhəmiyyəti olduqca böyükdür. Çünki satış meneceri və ya satış inkişaf menecerlərinin əsas vəzifələri ele müştərilərin yanında olmaq, onların istək və ehtiyaclarını öyrənmək və qarşılamaq, onlara yüksək xidmət göstərməkdir. Bu işi isə ofisdə oturaraq görmək mümkün deyildir. Hər bir SİM bütün bu vəzifələri həyata keçirmək üçün mütləq surətdə müştərilərini ziyarət etməlidir. Müştəri ziyarəti satış prosesinin həyata keçirilməsi üçün “olmazsa olmaz” kimi vacib əhəmiyyətə malikdir.  Müştəriləri plansız şəkildə ziyarət etmək satış işinə bəzən nəinki faydasız ola bilər, hətta mənfi təsir göstərə bilər. Satış işinin bir proses olduğu qəbul edilməli. Hər bir proses planlı şəkildə həyata keçirilərsə uğurlu olar. Buna görə   də satış prosesinin əsas addımlarından olan müştəri ziyarətindən maksimum fayda əldə edilməsi üçün bu planlı şəkildə həyata keçirilməlidir. Satış prosesinin məgsədli şəkildə həyata keçirilməsi üçün şirkətlərin istifadə etdikləri sistemlərdən biri RUT SATIŞ SİSTEMİ-dir.          Müştəri ziyarətinin planlanması, ziyarət zamanı görüləcək işlər, ziyarət zamanı müştəriylə münasibət və ünsiyyət, ziyarəti hədəflərə uyğun tamamlamaq və ziyarət sonrası görüləcək tədbirlər satışın məqsədlərə uyğun və effektli həyata keçirilməsi üçün vacib şərtlərindən sayılır.

Rut, ingilis dilindən tərcümədə təkər izi və ya adət, vərdiş deməkdir. Hər iki mənada bu kəlimə etibarilə hər hansı bir hərəkətin eyni qaydada təkrarlanması mənasına gəlir.
Satışda Rut, periodik qaydada proqramlanmış ziyarətlə müştərilərin ehtiyacını qarşılamaq üçün həyata keçirilən sistemli satış fəaliyyətidir.
Rut sistemi müştərinin (satış nöqtələri və ya mağazaların) istəklərini lazımi şəkildə qarşılamağı və mükəmməl xidmətin verilməsini əhatə edir.
Rut sistemi satış menecerinin hər bir gün üçün vaxtdan daha yaxşı istifadə etməsini təmin edər.
Planlı rut satış menecerlərinin müştərilərlə ünsiyyətini asanlaşdırır.
"Uğurlu Satış Metodları" kitabımdan
Davamı var: Növbəti yazıda Rut Profili, Rut izindən bəhs edəcəyəm. Uğurlu satışlar!

No comments: