Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

25.9.12

Bazar analitiki - vacib peşə...!

Bu yazını yazmaqda bu gün   http://www.vestifinance.ru/articles/16798  saytında gələcəyin ən çox qazandıran 10 peşəsi (Amerikada) haqqında oxuduğum məqalə oldu. Belə ki 2020-ci ilə qədər ən çox tələb görəcək və yüksək gəlirli peşələrin nələr olduğu haqqında bir araşdırma nəticəsi 10 peşənin 9-unun tibb və bu sahə ilə əlaqədar peşələr olduğu qeyd edilir.
Bəs digər bir tək peşə hansıdır ki, bu sıralamaya girib? Bu Bazar Analitikləri peşəsidir. Bəli, bilgi gücdür və güc olaraq qalacaqdır. Ancaq bu bilgi düzgün istifadə edilib idarə olunarsa! Məhz bilginin,
 informasiyanın iqtisadiyyatda və marketinqdə düzgün toplanıb, analiz edilib, idarəetməyə yön verəcək şəkildə sistemləşdirən və bir növ hazır məhsula çevirən Bazar analitikləridirlər.
Bazar analitikləri mikro səviyyədə şirkətə mövcud və potansial bazarlar haqqında informasiya toplayıb analiz edən və gələcək satış trendləri və bazarın təxmin edilməsi haqqında fəaliyyətləri aparan ixtisas sahibləridir. Bilginin, informasiyanın, güc və rəqabət faktoru olduğu sürəcə bütün şirkətlərdə ən önəmli fəaliyyətlərdən biri bu olmalıdır.
Bəli, marketinq dedikdə sadəcə reklam, pr və brendinq fəaliyyətləri deyil, bəlkə də ilk sırada BAZAR ARAŞDIRMALARI və ANALİZİ, (Makro-mikro mühit analizi) SATIŞLARIN ANALİZİ, RƏQABƏT ANALİZİ, MƏHSUL PORTFELİ ANALİZİ, MÜŞTƏRİ ANALİZİ və bu analizləri əhatə edən digər fəaliyyətlərdir. Bir neçə ildir, məhz əsas olaraq bu sahədə fəaliyyət göstərdiyim və müxtəlif yerli və beynəlxalq araşdırma şirkətləri ilə həm əməkdaşlıq etdiyim və həm də işlərini yaxından izlədiyim üçün, təəssüf ki bu barədə ölkəmiz marketinq əhlinin yetərli səviyyədə olmadığı qənaətindəyəm.
Bunun səbəbləri çoxdur. Bir neçəsini sıralayım:

1. Hələ də marketinq dedikdə ya satış, ya da reklam və PR fəaliyyətinin anlaşılması.
2. Yerli şirkətlərin çoxunun hələ də marketinq strukturuna malik olmaması və olsalar da yuxarıdakı fəaliyyətlərlə kifayətləndikləri və bu faəliyyətlərə daha çox zaman ayırdıqları
3. Yerli marketoloqlara bu istiqamətin müəyyən səbəblərə görə cazib gəlməməsi (Bu istiqamətin arxa planda qalması, şəxsi PR-da effektiv olmaması və s.)
4. Yerli araşdırma şirkətlərinin digər ölkələr və beynəlxalq araşdırma şirkətləriylə  zəif olması və buradan ixtisaslaşmış kadrların yaranmaması, şirkətlərə istiqamət verə bilməmələri və s.
5. Satış əhlinin marketinqlə, marketinq əhlinin isə satışla birgə, koordinativ fəaliyyət göstərməmələri və bir-birlərinin fəaliyyətindən və sahələrindən bixəbər olmaları
6. Marketoloqların rahat ofis sevdası, sahə fəaliyyətini arxa plana qoymaları
7. Ali məktəblərdə marketinq fənlərinin hələ də ümumi əsaslarla öyrədilməsi, sahələrə ayrılmaması və s.
və bunlarında əsasında Bazar istiqamətli idarəetmənin mənimsənməsi üçün professional idarəetmə kadrlarının azlığı durur.

Təbii ki, yəqin bu sıralamanı uzatmaq istəyənlər də olacaqdır. Ancaq həqiqətən Amerikadan xeyli uzaq olsaq da (hər mənada) marketinqin bu sahəsində ölkəmizdə də ciddi kadr ehtiyacının olduğu və olacağı qənaətindəyəm. Və marketoloqlarımıza acizaneyi-tövsiyyəm budur ki, biraz da bu istiqmətə köklənsinlər. Çünki bu sahə içi dolu küpə bənzəyir, digərlərindən fərqli olaraq! Bilgi (burada bazar bilgisi) gücdür, bu gücə sahib olun!

Kritikalara açığam...
Uğurlar diləyi ilə...

Mövzu ilə əlaqədar digər yazılar:

No comments: