Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

21.9.12

Nə zaman 2+2=5 və nə zaman 2+2=3 olar?

İdarəetmə sahəsində sinerji deyilən anlayışın daxil olmasıyla bundan törəyən anlayışlar olan komanda işi, komanda effekti və s. son 10-15 ildə idarəetmə ədabiyyatının davamlı mövzuları olmağa başladı. Sinerjini yalın, sadə olaraq ifadə etmək üçün "2+2=5" pozitif formulu mənimsənmiş və bu mövzuların əsas ilham mənbəyi olmuşdur.  (Bunu 1+1+1=4 və ya 1+1=3 kimi də göstərmək mümkündür).
Sadə riyazi dillə desək sinerji və ya bu formul onu ifadə edir ki, bütün parçalarının toplamından daha çoxdur.
Bu müxtəlif xalqların atalar sözlərində belə yer alır. "Güc birlikdədir", "Birlikdən güc doğar", "El gücü, sel gücü" və s.
 Lakin 2+2=4 hər zamanmı 2+2=5 ola bilər?
Bu kiçik yazıda bu haqqında yazmaq istədim.  2+2=4 o zaman 2+2=5 ola bilər ki, burada yer alan 2-lər və ya yuxarıda yer alan 1-lər min. 2-yə və 1-ə bərabər olsun! Bunu isə ingilis ata sözləri ilə ifadəsi belədir: "Bir zincir ən zəif halqası qədər möhkəmdir"...  Sinerjidə də məqsəd zinciri meydana gətirən zəif halqanın zəifliyini hiss etdirməyərək, bunu digər zəncir halqalarının dəstəyi və köməyi ilə, birlikdə çalışmaqla aradan qaldırmaqdır.
ANCAQ əgər zincirin hər bir halqası öz real dəyərinin də altında gücə maliksə o zaman nə olacaq! O zaman birliktə çalışma öz minimum dəyərindən belə az ola bilər! Niyə çünki heç bir halqa güclü deyil, və bu zaman çox zəif halqalar zatən ondan az üstün olan digər halqaları da zəiflədəcək! Və nəticədə 2+2=4 deyil, 3 olacaqdır!
Məqsədim sinerji, komanda işinin reallığı əks etdirməməsini müdafiə etmək deyil, məqsədim bu gücü almaq üçün zincirin hər bir halqasının güclü olmağına çalışmağın sinerji alımında daha effektli olacağını dilə gətirməkdir. Bunu biznesin hər sahəsinə və ümumiyyətlə cəmiyyətə aid etməklə, hər bir ixtisas sahibinin ilk növbədə öz ixtisasını, öz sahəsini, öz işini öyrənməsi və lazımi səviyyədə yerinə yetirməsidir. YOXSA 2+2=5 deyil, 2+2=3 OLACAQDIR!

Mövzu ilə əlaqədar yazılar:
İdarəetmə professionallığı...
Professionallıq nədir və bizim şirkətlərdə hansı səviyyədədir...

1 comment:

Rza Huseynov said...

Maraqli yazidi. Teshekkurler Jabrayil muellim !