Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

3.9.12

Satış menecerləri üçün Rut profili və Rut izi haqqında...

         Rut profili nədir?
 Ümumiyyətlə rut sisteminin əsas xüsusiyyəti çox sayıda satış nöqtələrinin planlı şəkildə ziyarət edilməsi işi olduğuna görə  rutda yer alan satış nöqtələrinin xüsusiyyətləri də çox əhəmiyyətlidir. Rut profili rutda yer alan satış nöqtəsilərinin profillərindən meydana çıxır. Belə ki, əgər rutda yer alan satış nöqtələri bənzər xüsusiyyətlərə malikdirlərsə, rutda bir-birindən fərqli qaydalar yer almayacaqdır. Məsələn,
 Rutda bir pərakəndə ticarət şəbəkəsinə aid olan mağazalar olduğu təqdirdə rut nöqtələri müxtəlif faktorlara (satış siyasəti, mağaza personal idarəetməsi və davranışı, mağaza sərgiləmə siyasəti, anbar idarətməsi, mağaza və anbar fiziki ölçü və şəraiti, mağazalarda təhvil-təslim və ödəmə sistemləri və s.) görə bənzər xüsusiyyətlərdə olduqları üçün ziyarət səmərəli və asan həyata keçəcəkdir. Ancaq müxtəlif ticarət şəbəkələrinə aid olan və müstəqil mağazalar bir rutda yer alarsa bu zaman rutda müxtəlif fərqliliklər və çətinliklər meydana çıxacaqdır.  Eyni xüsusiyyətli müştərilərin bir ruta salınması fəaliyyəti asanlaşdırır.

           Satışda vaxtında ziyarət çox əhəmiyyətlidir. Müəyyən vaxt aralığında ziyarət edilən müştəri hər ziyarətin eyni vaxtda olmasına zamanla öyrəşəcək və daha sonra özü də ziyarətin həmin vaxtda olmasını istəyəcəkdir.Buna görə rut proqramı hazırlanarkən müştəri ziyarət sırasının müəyyənləşdirilməsi də əhəmiyyətlidir. Buna rut izi deyilir. Rut izi xaricində edilən ziyarətlər müştəri əlaqələrinə müəyyən ölçüdə təsir edir. İz xaricində olan ziyarətlərdə məsələn, satış meneceri ödəmə istəyərsə bu  müştərinin narazılığına səbəb olacaqdır. Eyni zamanda müştəri ziyarəti rut iziylə həyata keçirilməsə müəyyən vaxt itkisi də meydana çıxacaqdır. Əgər siz öz zamanınızı proqramlamasanız və ya səhv proqramlasanız bu zaman günlük rutda olan müştərilərin hamısını ziyarət edə bilməyəcəksiniz və bu da nəhayətdə müəyyən satışın itirilməsinə yol açır. Eyni zamanda vaxtında edilməyən ziyarətlər sonrakı ziyarətlərin də vaxtından alacaqdır və bu sonrakı ziyarət və satışlara da təsir göstərəcəkdir.
Növbəti yazımız Rutda dəyişikliklər (Nə zaman edilməli, nələrə diqqət göstərilməlidir?) haqqında olacaqdır...
   Uğurlu satışlar diləyi ilə...

No comments: