Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

20.9.12

Satış menecerlərinin funksiyaları

Satışın uğurla həyata keçirilməsi satış menecerlərinin öz funksiyalarını hansı professionallıqla yerinə yetirmələrindən birbaşa asılıdır. Bu məqalədə satış menecerlərinin funksiyalarının nələr olduğunu haqqında düşüncələrimi paylaşmaq istəyirəm.
Bunun üçün Satış menecerinin əsas funksiyalarını xüsusiyyətlərinə görə qruplaşdırmağın daha  faydalı olacağını düşünürəm. Eyni zamanda çalışdım ki, əsasən satışın müxtəlif sahələrini nəzərə alaraq satış işçilərinin ortaq funksiyalarını göstərim. Təbii ki müxtəlif şirkətlər üçün bu funksiyalar arta və azala bilər...
        Satış menecerlərinin Proqramlama funksiyası
-          Satış proqramının hazırlanması;
-          Zamanı proqlamlamaq.
            Təmsil etmə funksiyası
-          Şirkəti təmsil etmək;
-          Satdığı məhsulları və ya brendi təmsil etmək;
-          Öz şəxsini təmsil etmək.
             Analiz etmək funksiyası
-          Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilmək;
-          İstək və ehtiyacları analiz edə bilmək;
-          Fəaliyyət göstərdiyi ölkə və ya bölgənin bazarını analiz edə bilmək;
-          Fəaliyyət göstərdiyi ölkə və ya bölgənin ümumi iqtisadi vəziyyətini və yaranan dəyişiklikləri analiz edə bilmək;
-          Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilmək.
             Psixoloji və davranış tərzi funksiyası
-          Psixoloji olaraq və davranışları ilə özünü qəbul etdirmək funksiyası;
-          Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək üçün davranış tərzi.
              Problem həll etmə funksiyası
-          Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı;
-          Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
-          Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
-          Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemlərin həll edilməsi bacarığı.
         Hesabat hazırlama funksiyası qısa olaraq...( Növbəti yazı ayrıca bununla əlaqədar olacaqdır.) 
-          Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar bölüm və şəxslərə çatdırılması;
-          Potensial müştərilər haqqında məlumatların toplanması və üst rəhbərliyə təqdim olunması;
-          Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi.
                İdarəçilik və təlim-tədris funksiyası
-          Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək;
-          Satış bacarığını və bilgilərini inkişaf etdirmək;
-          Özünə bağlı kadrları idarə edə bilmə və bu kadrları öyrətmə bacarığı.

Şirkətlər satış menecerinə aid bu funksiyalardan yola çıxaraq onlar üçün vəzifə təlimatları hazırlaya bilərlər. Və bu vəzifə təlimatları daha ayrıntılı şəkildə olmalıdır.

Faydalı olacağı ümidiylə...

Mövzu ilə əlaqədar digər yazılar: 

Satış bacarığı nədir? Satış menecerləri üçün "Özünü yoxla" testi.
Müştəri ziyarəti və Satışda Rut sistemi
Satış menecerləri üçün Rut profili və Rut izi haqqında...
Satış işçiləri və fərqləri

1 comment:

Anonymous said...

Teşekkürler! Faydalı yazıdır..