Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

4.9.12

Satış Menecerləri üçün: Rut satış sistemində dəyişikliklər haqqında


Satış menecerləri bölgədə və satış sistemində ortaya çıxan müəyyən yeniliklərə görə rutlarında dəyişikliklərə qərar verə bilər. Rut sistemində dəyişiklik edilməsi çox ciddi və riskli bir qərardır. Buna görə rutda dəyişiklik qərarı hər tərəfli analiz edilərək verilməlidir.

Rut sistemində dəyişiklikdə hansı risklər ortaya çıxır?
  
Risklər:
Ø  Sizi hər zaman eyni vaxtda gözləyən müştərinizə gediş gününüz və saatınız dəyişəcəkdir. Bu müştəriniz üçün də müəyyən problemlər yaradacaqdır;
Ø  Sizin alışdığınız rut pozulacaqdır;
Ø  Borcların və qalıqların toplanmasında problemlər çıxacaqdır.

Rutda dəyişikliyə qərar verildiyi zaman diqqət ediləcək xüsusiyyətlər:
Ø  Satış menecerin məsul olduğu bölgədə dəyişikliklərin edilməsi;
Ø  Bölgədəki müştəri sayının günlük ziyarət miqdarını aşacaq ölçüdə artması;
Ø  Bölgədəki müştəri sayının günlük ziyarət miqdarına düşəcək qədər olmaması;
Ø  Müştəri tiplərinin dəyişməyə başlaması;
Ø  Bölgədəki satınalma gücünün artması və ya azalması rutdakı müştəri sayının artırılmasına ya da azaldılmasına gətirib çıxaracaqdır;
Ø  Bölgədəki əhali sayının dəyişməsi (Köçlər, mövsümi hərəkətlər);
Ø  Bölgədəki istehlak alışqanlıqlarının ciddi səviyyədə dəyişməsi;
Ø  Bölgədə yolların dəyişməsi, yeni yolların açılması və bağlanması, trafik istiqamətinin dəyişməsi;
Ø  Bölgədə qısa müddətli kampaniyaların keçirilməsi;
Ø  İqlim şərtləri, coğrafi şərtlərdən ortaya çıxan problemlər ( böyük miqdarda qarın yağması, sel-tufan, torpaq sürüşməsi və s.);
Ø  Yeni çıxan məhsulların mövcüd rut sistemində yer alan satış nöqtələri üçün uyğun olmaması;
Ø  Təhlükəsizlik problemi;
Ø  Yeni yaşayış məskənlərinin salınması və ya yaşayış obyektlərinin artması;
Ø  Müəyyən müştərilərin sabit ödəmə günlərinin olması;
Ø  Satış menecerinin məsul olduğu bölgədə dəyişikliklərin edilməsi.
Rut sistemindəki dəyişiklik satış meneceri tərəfindən təklif olunduqdan sonra, satış müdiri ilə birlikdə yeni rutda “Birlikdə Fəaliyyət”-dən sonra dəyişikliyə qərar verilməlidir.

Rut sistemində dəyişikliyə qərar verildikdən sonra görüləcək tədbirlər:
Ø  Yeni Rut sistemi və dosyası hazırlanacaq;
Ø  Müştərilərə yeni ziyarət gün və saatları bildiriləcək;
Ø  Müştərilərə yeni ziyarət vaxtları bildirildikdən və razılaşdırıldıqdan sonra yeni rut kartı və planları hazırlanacaqdır.
Bu tədbirlər görüldükdən sonra yeni rut sistemi ilə fəaliyyət göstərilə bilər.
Uğurlu satışlar diləyi ilə...

No comments: