Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

3.2.12

Satışın və xidmətin tək ölkəsi...

İstanbulda keçirilən İMOB - Mebel sərgisində bir daha  satışın və müştəri xidmətinin ən yüksək səviyyədə olduğu tək ölkənin Türkiyə olmasının şahidi oldum. Sərgi keçirilən salonlara daxil olmadan elə  resepşndakı,  məlumat bürosundakı gülərüz qarşılma, heç bir problemsiz və çox qısa zamanda qeydiyyatların aparılması, giriş qapılarındakı təhlükəsizlik xidməti əməkdaşlarının gülərüz simaları, "hoş geldiniz, buyurun efendim" kəlimələrini söyləmələri sərgiyə gələnlərdə ilk andaca xoş təəssüratlar yaradır.
Daha sonra sərgi salonunda koridorlarda gəzərkən sərgidə iştirak edən şirkət əməkdaşlarının ziyarətçilərə sanki sərgilədikləri bütün mebelləri satacaqlarmış kimi yaxınlaşmaları (yəni potensial müştəri gözüylə baxmaları) və standlarına dəvət etmələri, hər zamankı kimi standlardakı yüksək müştəri xidmətinin şahidi olur və istər istəməz digər ölkələrdə keçirilən sərgiləri xatırlayaraq bütün bu münasibəti müqayisə edirsən və fərqləri açıq aşkar hiss edirsən. Standlarda sözün əsil mənasında arı işgüzarlığının şahidi olursan. Türkiyə mebel sənayesində və bazarında böyük paya  sahib olan və həm də digər sektorlarda fəaliyyət göstərən böyük bir holdinqin sahibinin necə alçaqkönüllü, sadə olmasına da şahid olmaqla bu ölkənin biznesin və iqtisadiyyatın inkişafında qazandığı uğurların arxasında nəyin dayandığını açıqca görmək mümkündür. Bəli, bunun arxasında işə münasibətin, işi bilgi və sevgiylə görmənin  və bir sözlə  şirkət-əməkdaş-müştəri münasibətlərinin düzgün qurulmasının durduğunu görürsən. Çünki əməkdaşların öz şirkətlərinə və məhsullarına münasibətləri eyni zamanda şirkələrin öz əməkdaşlarına münasibəti birbaşa müştərilərə müsbət şəkildə əks olunur. Bəli bu Türk şirkətlərinin uğurlarının açarıdır desək səhv etmərik. Təbii ki bunlarla yanaşı bu məqalədəki nüanslar da bura əlavə oluna bilər. Bir sözlə satışın və xidmətin tək ölkəsi bu ölkədir. Hər nə qədər bəzən bu ölkəyə məxsus pərakəndəcilərin mallarını satmağa çalışmaqda və xidmətdə həddi aşmalarını eşitsəm də mən bununla razı deyiləm. Ona görə ki zənnimcə satış vəya satıcı və xidmət elə belə də olmalıdır!

No comments: