Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

11.2.12

Azərbaycanda marketinq

Azərbaycanda marketinqin dünəni, bu günü və gələcəyi haqqında düşüncələrimi paylaşmaq istədim. Başlamadan əvvəl bunu demək istəyirəm ki Azərbaycanda marketinqin dünəni ele bu gündür, gələcəyinin isə bu gündən fərqli olması üçün çox çalışmaq lazımdır, çox. Əks təqdirdə gələcəyi də elə bugünkü vəziyyətdən fərqli olmayacaqdır.
 Hər ölkədə hər hansı bir sahədən söhbət getdiyi vaxt ilk növbədə o sahədə qurulan dərnəklər, cəmiyyətlər, akademik qurumlar, yazılı mətbuat növləri (qəzet və jurnallar), kitablar, bu sahənin professionalları, keçirilən tədbirlər və s. xatırlanır. İndi gəlin baxaq bizim xatırladıqlarımız varmı? Varsa kantitatv və kalitativ yöndən hansı vəziyyətdəyik? Xatırladıqlarımızın sayı və keyfiyyəti bizi qane edirmi? Azərbaycanda marketinq dedikdə bu sahədə qurulan cəmiyyəti- Azərbaycan Marketinq Cəmiyyəti-ni xatırlayıram. Qurulmuş bu cəmiyyət bu sahədə olanları özündə birləşdirə bilibmi? Ümumiyyətlə cəmiyyətin fəaliyyətləri bu istiqamətdəki tələbatı qarşılayırmı? Mən bir neçə ildir bu sahədə olduğum üçün və ölkənin öndə gedən universitetində bu sahədə dərs verdiyim üçün istər biznes mühitində istərsə də akademik mühitdə cəmiyyətin fəaliyyəti demək olar ki görsənmir.
Amma nə yaxşı ki marketinq sahəsində çox aktiv gənclərimiz və onların həyata keçirdikləri müxtəlif layihələr və fərdi çalışmaları var. Əlbəttə bunlar sevindirici haldır, ancaq  ölkədə marketinqin gələcəyi üçün fərdi çalışmalarla bərabər yuxarıda sadaladıqlarım istiqamətində də işlər aparılsa bu sahədə fərdi və ümumi uğurlar əldə edilə bilər. Gələcək yazılarda bu layihə və fərdi işlər barədə vaxtaşırı məlumatlar verməyi düşünürəm. Hələlik düşüncəm bu qədər...



No comments: