Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

21.2.12

Yeni iqtisadiyyat və Tələb-Təklif əyriləri...

Bilgi texnologiyalarının inkişafı ilə birlikdə iqtisadiyyat elminə və tarixinə yeni anlayışlar girməyə başladı: bunlar informasiya cəmiyyəti, bilgi(bilik )iqtisadiyyatı, yeni iqtisadiyyat, şəbəkə iqtisadiyyatı (information society, knowledge economy, new economy, network economy) və bunlarla bağlı törəmə anlayışlardır. Bu barədə bizim yazılı və internet ədəbiyyatlarda  çox az qaynağa rast gəldiyim və bunun maraqlı olacağını düşünərək bu barədə qısaca yazmağa qərar verdim.
 Doktorantura təhsilim zamanı bu mövzular bizim dərslərdə çox müzakirə olunan mövzulardı... Və o zaman yeni iqtisadiyyatın klassik iqtisadiyyatla fərqlərini araşdırarkən  Kevin Kelly və Nordhaus-un bu barədə irəli sürdükləri çox maraqlı bir nüans vardı. Bu da klassik iqtisadiyyatda Tələb və Təklif əyrilərinin yerdəyişdirməsi idi...
Gördüyünüz kimi yeni iqtisadiyyatda tələb və təklif əyriləri bir birlərinin yerinə keçmişlər. Və bu nəyi açıqlayır? Köhnə iqtisadiyyatda qiymət aşağı olarkən təklif az olur qiymət qalxdıqca təklif artırdı. Ancaq yeni iqtisadiyyatda əksinə qiymət düşdükcə tələblə bərabər təklif də artır. Yeni bir texnoloji alət(məsələn cib telefonu bazara yüksək qiymətlə girir təklif az olur, amma qiyməti düşdükcə tələb və təklif çoxalır. Və buradan çıxan nəticə tələb təklif əyrilərinin dəyişməsinin əsasını klassik iqtisadiyyatda qıt qaynaqlar və insanların arzu və istəkləri idisə, yeni iqtisadiyyatda bu əyrilər bir faktora-texnologiyaya bağlı olmaqdadır. Bütün bunların əsasında isə network texnologiyalarının əsasını təşkil edən INTEL qurucusu Gordon Moore-un öngörüləri durmaqdadır. Bu barədə vaxtilə 7-8 il əvvəl bizdə millibayt.net saytı vardı, orda yazmışdım. Heyf indi yoxdur... Moore qanunu (özü bunu ifadə etməsə də) çiplərin-tranzistorların gücü artdıqca daha çox işləm görəcəyi, daha çox funksiya yerinə yetirəcəyi, ancaq istehsal maliyyətlərinin-qiymətlərin buna görə eyni qalacağını və hətta düşəcəyini göstərməkdəydi. Yeni çıxan telefonları 10 il əvvəl istifadə etdiyimiz telefonlarla müqayisə etsək bunun təsdiqləndiyini görərik. Yeni iqtisadiyyatın bir parçası olan şəbəkə iqtisadiyyatı da eyni prinsiplər üzərində inkişaf etməkdədir. Şəbəkə marketinqi isə tamamilə başqa funksiya daşısa da burada da  bənzər prinsiplər vardır.  Bu dəyişikliklərdən faydalanmaq və istifadə etmək üçün prinsiplərini öyrənməyi məsləhət görərdim... 

No comments: