Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

9.2.12

İş romanları...Darboğaz idarəetməsi və Goldratt

Son illərdə mənim üçün maraqlı olan kitablar iş romanları kitablarıdır. Belə romanlar ilk dəfə keçən il əbədiyyətə qovuşan Eliyahu Goldratt tərəfindən yazılmışdır və idarəetmə məktəblərində böyük rəğbət qazanmışdır.
Goldrattın bu silsilədə Jeff Cox-la birlikdə yazdığı kitablardan biri "The Goal" adlanır. Bu iş romanında Goldratt özünün banisi olduğu TOC- Theory of Constraints-in "Darboğaz idarəetməsi"nin (Kısıtlar teorisi) istehsal sahəsində nəcə istifadə olunacağını çox sadə və günlük iş söhbətləri şəklində ortaya qoymuşdur. Bu əsər bestseller olmuş və idarəetmə məktəblərinin çoxunda istifadə edilməyə başlanmışdır. Bu kitabı xüsusilə istehsal sahələri idarəetməçilərinə çox tövsiyyə edərdim.
Bu əsərdən sonra Goldratt-ın 2007-ci ildə Satış qabiliyyəti və Satış əməliyyatlarının TOC vasitəsilə idarəedilməsi mövzusunda yazdığı " The Cash Machine" adlı kitabını bu sahədə çalışanlara tövsiyyə edə bilərəm.
Goldratt TOC-Darboğaz idarəetmə metodunu biznesin bütün sahələrində (istehsal, finans, logistika, satış və s.) istifadə etmək mümkündür. Goldrattın bu idarəetmə metodu ilə əlaqədar tövsiyyə və kitab və məqalələrində yer almaqdadır. Eyni zamanda açmış olduğu məktəblərlə  və bu sahədə nümunə ola biləcək TV-məsləhətxana ilə bu idarəetmə metodu iş dünyasına təqdim olunmaqdadır. Goldrattın digər kitabları da tövsiyyə ediləcək keyfiyyətdədir.
Darboğaz idarəetməsinin əsas fəlsəfəsi işə, hadisələrə və ya sistemə holistik-bir bütün olaraq baxmaqla davamlı gəlirliliyi qorumaqdan ibarətdir. Ortaya çıxan kritik halları bir dəfəlik aradan qaldırmaqla daimi mükəmməlləşməyi ön görməkdədir. Bu isə biznesin bütün sahələrində istifadə olunacaq xüsusa malikdir. İş həyatında baş verən kritik problemləri və həll yollarını sadə roman halında geniş kütləyə təqdim etmək isə böyük uğurdur...

No comments: