Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

7.1.13

Bilgi paylaşdıqca artar...!!!

Oxucuların çoxu yəqin ki səhifəyə girişdə  "Bilgi və sevgi paylaşdıqca artar!" sloqanına rast gəliblər! Təbii ki bloqda yazılan və paylaşılan hər bir yazı dəyərli oxucularla məhz bu sloqanın stimulu və tələbinə uyğun olmalıdır. Yəni bilgi paylaşılmalıdır ki artsın...! Sloqandakı ikinci paylaşılan dəyər olan sevgi haqqında isə bloqumuzun mövzularından biri olan satışla əlaqədar yazdığım  "Satışda bilgi ve sevgi..."  adlı məqalədə bəhs etmişdim.
Və bu iki dəyərin birlikdəliyinin  bir birini gücləndirdiyini vurğulamışdım. Təbii ki dəyərli oxucuların yazıları maraqlı və faydalı bulması yazı sahibi və bu bilgiləri paylaşan şəxs kimi məni sevindirir... Və yazılara bu stimul və minvalla davam edirəm. Ancaq bəzən hiss edirəm ki,məsələn oxuduqlarım haqqında yazılan məqalələr kiçik qalır. Buna görə çalışıram ki o qaynaqlar barədə linklər verim və ya kitabların adını göstərim. Bütün bunları nəzərə alaraq bu yazıda ümumiyyətlə müxtəlif mövzularda vaxtaşırı təqib etdiyim və məsləhət gördüyüm yazarları, qaynaqları dəyərli oxucularımla paylaşmaq istədim ki onlar da vaxtları olduqca nəzər yetirsinlər, faydalansınlar... 

Bu yazıda Marketinq sahəsində bəzi qaynaqları nəzərinizə çatdırıram:

Müxtəlif qurum və yayınlar:
Amarican Marketing Assosiation-a (AMA) üzv olduğum üçün vaxtaşırı bu cəmiyyətin öz rəsmi saytlarında yayınladığı məqalələr və bura üzv akademisyen və bloq yazarlarının yazdığı məqalələr...
Harvard Business Review-dərgi və yayınları
World Future Society (www.wfs.org)- Futuroloqlar cəmiyyətinin rəsmi saytında, yayınladığı hesabatlarda və bu cəmiyyətə üzv akademisyenlər və bloq yazarları tərəfindən yazılan yazılar...
Boston Consulting-in vaxtaşırı yayınladığı raporlar və məqalələr...
McKinsey Quarterly-nin hesabatları, yayınlanan məqalələr
CIM- Chartered Institute of Marketing-ə aid saytlar, dünyada və Avropada ən önəmli Marketing İnstitutu olan bu instututdakı consultantların yazıları...
"Brand Age" dərgisi -Türkiyə
Blogger marketoloqlar:
David Aaker
Seth Godin
Ann Handley
Alvin and Heidi Toffler (futuristlər)
Joe Vitale (eyni zamanda fərdi inkişaf sahəsində)
Prof.Dr İbrahim Kırcova (YILDIZ MBA- marketinq müəllimim, marketinq araşdırmaları, e-marketing və s.)
Prof Dr. Yavuz Odabaşı (Müxtəlif bloqları mövcuddur)
Prof.Dr İsmail Kaya (marketinqin müxtəlif mövzularına aid)
A.Selim Tuncer ("Brand Age" yazarı)

Təbii ki bu yuxarıda qeyd etdiklərim bəlkə də bu sahədə ümmanda damcıdırlar... Ancaq hər biri bu sahədə irəlidə olanlardır. Digər yazılarda çalışacağam ki  iqtisadiyyat, idarəetmə, satış, fərdi inkişaf haqqında olan qaynaqları da sizinlə paylaşım.

Oxuyub, analiz edib istifadə etməyiniz diləyi ilə...

Mövzu ilə əlaqədar digər yazılar:
Satışda Bilgi və Sevgi







No comments: