Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

1.1.13

Yeni ildə nələri dəyişdirməliyik?


Yeni il gəldi, xoş gəldi! Yeni ilin ilk günündə yazılan yazı da yeni illə bağlı olarsa yerinə düşər deyə fikirləşdim.
Yeni ilə yeniliklə başlamaq, yeniliklə davam etmək yeni ilin haqqını verməkdir. Yoxsa ki yeni il gəlir deyə sevinib, şadlanıb amma yenilik etməmək, müsbət istiqamətdə dəyişikliklər etməmək məqsədsiz və içi boş şadyanalıqdan, sevincdən başqa bir şey deyildir!!!
 Heç bir dəyişiklik gözləmiriksə və ya özümüz heç bir dəyişiklik etməyəcəyiksə sevinməyə nə halət?

Yeni ildə nələri dəyişməliyik?


-Mənfi emosiyalarla yaşamağı və mənfi emosiyalar yaymağı....
- Hərəkətsiz və ətalət içində olmağı...
-Qarşılaşılan problemləri başqalarının ayağına yazmağı...
-Əldə olunan uğurda öz səyini kiçildərək uğuru başqasının ayağına yazmağı...
- Hər şeyə "qismətdir" deyib hərəkət etməməyi...
- Öz istəyinlə deyil, kimlərinsə acığına nəsə etməyi, yaşamağı...
- Uğursuzluğu çalışmamağa deyil, şanssızlığa, bəxtsizliyə bağlamağı...
- Uğurları çalışmağa, əzmə deyil, şansa, bəxtə və qismətə bağlamağı...
- Ətraf dəyişərkən özümüzdə dəyişməməyi...
- İş həyatında uğuru sadəcə təcrübələrə bağlayıb, təhsilin gücünü kiçiltməyi...
- Alınan təhsilin iş həyatı üçün yetərli olduğunu düşünüb davamlı öyrənməməyi...
- Araşdırmadan, analiz etmədən "copy-past"çılığı...
- Hər hansı bir mövzuda kitabları yetərsiz qəbul edib yetersizliyi aradan qaldırmaq üçün bu mövzuda dah çox kitab oxumaqdansa, əksinə oxumağı buraxmağı...
- Bilgi sahibi olmadan fikir sahibi olmağı...
- İstəksiz və hərəkətsiz davranıb, mənfi nəticələri özündə deyil, kənarda axtarmağı..

VƏ  ən nəhayət ATATÜRK-dən:
"Çalışmadan rahat yaşamanın yollarını alışkanlık haline getirmiş milletler, evvela haysiyyetlerini, sonra hürriyetlerini, en sonunda da istikballerini kaybetmeye mahkumdurlar."

Bir dənə də Ann Landersdən:
"Tanrı bizə iki yuvarlaq orqan verdi, biri oturmaq, digəri düşünmək üçün. Uğurlarımız bunlardan hansını daha çox istifadə etməyimizə bağlı!"

Yeni ilin haqqını vermək üçün hər kəsə müsbət yeniliklərlə dolu il diləyi ilə...

Qeyd: Son iki gözel fikir Mümin Sekman kitabından götürülmüşdür...


No comments: