Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

6.11.12

İnnovativ şirkət, sektor, ölkə.... (Reallıq və İmic)

İnnovasiya mövzusu mənim üçün həmişə maraqlı mövzulardan olubdur. Buna görə də bu sahədə olan araşdırma ve yenilikləri hər zaman izləyirəm. Son əldə etdiyim araşdırma nəticələri çox maraqlıdır. Buna görə də sizlərlə paylaşmaq istədim. Bu araşdırma innovasiya sahəsindəki araşdırmaları ilə tanınan Booz&Company şirkətinin "2012 Global Innovation Study" araşdırmasıdır. 
Əvvəlcə araşdırmanın müsbət tərəfləri haqqında fikirlərimi bildirmək istərdim. Araşdırmada innovativ şirkət sıralamasını şirkətlərin R&D (Tədqiqat və Təkmilləşdirmə) əsasən
hesablanmış və bu hesabat  həm ölkələr və həm də sektorlar etibariylə aparılmış, nəticələr kros-matris şəklində də göstərilmişdir. 
 Araşdırma nəticələrində 2011-ci ilin ən inovativ şirkəti Toyota olmuşdur ki R&D-xərclərini 16,5% artıraraq 2010-cu ildəki 6-cı sıradakı yerindən 1-ci yerə yüksəlmişdir. Toyotanın R&D-yə ayırdığı məbləğ 9,9 milyard USD olmuşdur. Bu satışların 4,5%-idir.
Ümumiyyətlə TOP 20-də yer alan şirkətlərin sektorlar etibariylə sayı aşağıdakı kimidir.
Healthcare-8 şirkət
Computing&Elektronics- 6 şirkət
Automotiv-5 şirkət
Software and Internet- 1 şirkət ( Microsoft)
Dünyada ölkə qrupları üzrə R&D xərcləmələrində Çin və Hindistanda 2010-cu ilə görə 27,2% artım var. Şimali Amerikada bu artım  9,7%, Avropada 5,4%, Yaponiyada 2,4% olmuşdur.
Araşdırma nəticələrindən maraqlısı odur ki, Apple, Google, P&G kimi şirkətlər real olaraq R&D xərcləri baxımından innovativ şirkətlər siyahısının TOP 20-nə düşməyiblər. Ancaq araşdırmada Ən innovativ şirkət sorğusunda bu şirkətlər TOP 10-da və Apple 1-ci yerdə, Google isə 2-ci yerdə qərarlaşıb. Apple-in  R&D xərcləmələri real olaraq 2,4 milyard USD və satışın 2,2%-ini təşkil etməklə, real sıralamada 56-cı yerdədir. Google isə  R&D xərcləmələri real olaraq 5,2 milyard USD və satışın 13,6%-ini təşkil etməklə, real sıralamada 26-cı yerdədir.
Burdan da göründüyü kimi innovativ şirkət imici Apple və Google-da olmasına baxmayaraq innovasiyaya investisiya ayıran tamamilə başqa şirkətlərdir. Ancaq burda imiclə bərabər effektivlik də çöx önəmlidir ki məhz bu effektivliyin nəticəsində adı çəkilən şirkətlər həqiqətən R&D büdcəsinin digərlərindən az olmasına baxmayaraq innovatov şirkət imicinə sahiblər. Burada effektivlik idea generation-un nə qədər effektiv olaraq idea conversation-a çevrilməsidir. 
Ümumiyyətlə bu araşdırmada maraqlı çox məqamlar var. Gələcəyə yön verəcək şirkətlərin hansılar olduğu, hansı sektorda üstünlük olduğu, hansı ölkələrdə  bu istiqamətdə inkişafın getdiyi haqqında bu araşdırma xeyli informasiya verir və belə informasiyalara malik olmağı və bunu izləməyi vacib hesab edirəm. Eyni zamanda  şirkətlərimizi və ölkəmizi (sənaye və elm sferasını) bu mövzuların da aurasına salmağın gələcək inkişaf baxımından vacib olduğu qənaətindəyəm. Bunu yazanda sevindiici bir məlumat da əldə etdim ki, ölkəmizdə texnopark yaradılması haqqında ölkə başçısı tərəfindən fərman imzalanıbdır. Reallaşması diləyi ilə...

Araşdırma hesabatına bu linkdən baxa bilərsiniz...

No comments: