Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

5.11.12

Ekspertlər dövrü...(yenilənmiş yazı)



  Müxtəlif zaman dövrlərində baş verən dəyişikliklərə    görə istehlakçı  davranışları  və bu davranışların təsir amilləri dəyişməkdədir. Bu dəyişimi 3 etapa bölmək olar:
1. Consumer-İnformation
2. Consumer-User
3. Consumer-Expert

20 il əvvələ qədər istehlakçılara bir malı almaq üçün və ya alış veriş etmək üçün nə lazım idi?
 İNFORMASİYA. Bəli, məhz o dövrə qədər istehlakçılar informasiya axtarırdılar.
 Hər hansı bir məhsulu hardan almaq olar, neçəyədir və s. İnternetin meydana çıxması ilə istehlakçıların informasiya əldə etməsi də zaman (sürət) və məkan (uyğun yer) nöqteyi nəzərindən asanlaşmışdır.
Əgər davranışlara hər hansı bir yenilik təsir göstərirsə, o yeniliyin özündə baş verən yenilik və dəyişimlər də dolayı olaraq təsir göstərməlidir. İnternetin meydana çıxmasından sonra son 5-6 il  və ya biraz çox əvvəlki zamanda isə internetdə forumlar, sosial şəbəkələr yayılmağa başladı. Bu forumlar, sosial şəbəkə istifadəçiləri istehlakçılar olduqları üçün məhsul alış prosesində informasiya axtarışını məhsulu daha əvvəl alanları, istifadə edənləri axtarmağa başladılar. Və məhz bir malı almadan əvvəl forumlarda dolaşıb o mal barədə yazılanları, istifadəçi rəylərini axtarmaq geniş yayılmağa başladı. Bu təkcə məhsullarda deyil, eyni zamanda sağlıq, təhsil, hüquqi və s xidmətlərdə də özünü göstərdi.  Bu etap hələ davam etməklə birlikdə, indiki zamanda artıq dövr İstehlakçı-Ekspert dövrüdür. Məhz indi istehlakçılar çoxluğun rəyindən başqa bu səhədə bilgi və təcrübə sahibi və məsləhət verəcək insanları axtarırlar.  Və bu zaman hər bir sahədə sözün həqiqi mənasında ixtisas sahiblərinə tələbat yaranır. Bu tələbatın qarşılanması üçün ixtisaslaşma istiqamətli təhsil və təlim mərkəzlərinin yaranması və yayılması vacibdir. Və sonda demək istədiyim odur ki,  "Çox şey bilirəm, amma heç nə bilmirəm"-dən artıq əl çəkilməli, sahəsinin mütəxəssisi olmağa səy göstərilməlidir. Bunun gətirəcəyi müsbət istiqamətlər isə, bir işə bilgili və sistemli yanaşma, hər sahədə professionallığın artması olacaqdır. Sevindirici haldır ki, bizdə də bu barədə artıq müəyyən addımlar atılıb. Belə ki bu saydıqlarım sadəcə forumlarda müzakirə ilə qalmadı, müxtəlif sahələrin ekspertlərinin yer aldığı və alacağı www.eksperttv.az portalı fəaliyyətə başlamışdır ki bunun çox  faydalı bir layihə olacağını düşünürəm.

Qeyd: bu yazını  bir neçə ay bundan əvvəl yazılsa da aktuallığını nəzərə alıb müəyyən güncəlləmə ilə bir daha paylaşmaq istədim.
Uğurlar diləyi ilə...

No comments: