Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

2.11.12

Yeni zamanın hökumətləri haqqında McKinsey-dən maraqlı yazılar...

McKinsey yeniliklərinə abunə olduğum üçün vaxtaşırı müxtəlif mövzularda maraqlı araşdırma, hesabatlarını təqib edirəm. Bu gün McKinsey-dən elektron poçtuma daxil olan mövzu-araşdırma-conversation çox diqqətimi cəlb etdi. Mövzu "Yeni zamanın hökumətləri" haqqında idi. Ana başlıqlar altında bütün yazıları istədim diqqətinizə çatdıram. Məncə çox faydalı mövzulardır. Yazılar müxtəlif dövlət adamları, elm adamları, ekonomistlər, sosialbilimcilər, tərəfindən yazılmışdır.
Aşağıda bütün yazıların linkini yerləşdirmişəm. Yazılardan biri "How Estonia became E-stonia?"-dır.  Qısa bir yazıda Estoniyanın elektron hökümət (e-dövlət)-lə əlaqədar gördüyü
işlərdən maraqlı bir nümunə ilə tanış oldum. Estonyiada səhiyyə sektorunda həyata keçirilən yenilik budur ki bütün xəstələrin xəstəlik keçmişi mərkəziləşdirilmiş və elektronlaşdırılmış sistemdədir. Bu sistemlə xəstə hər hansı bir xəstəxanada qeydiyyata düşsə digər xəstəxanalardakı həkimlər bu mərkəzi sistemlə ona müraciət etmiş xəstənin xəstəlik keçmişinə baxa bilir. Yəni işi təkcə xəstəyə buraxmırlar. Mənə elə gəlir ki bu həqiqətən faydalı bir yenilikdir. Bu arada bir neçə il əvvəl (dəqiq xatırlamıram) mən çox yaxın bir adamdan belə bir proqramın yazıldığını və bununla əlaqədar səhiyyə nazirliyi ilə görüşüldüyünü və bunu həyata keçirmək təkliflərini verdiklərini demişdilər. Ancaq qəbul olunmayıb...
Aşağıdakı yazılara göz atanda həqiqətən maraqlı fikirlərin olduğunu gördüm və paylaşmaq istədim.

Bilgi paylaşdıqca artar!

1 comment:

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Dostların verdiyi məlumata görə bizdə də tam əhatə etməsə də (dövlət poliklinikalarını və xəstəxanalarını əhatə edir) səhiyyədə bu sistem artıq var və mən də buna sevndim. Ona görə bu məlumatı vermək istədim.